BİRJA

20 Fevral

BFB-də “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - FOTO

20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən Fins.Az-a verilən məlumata görə, 23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.