14 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040034 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.Az-a verilən məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.752(11.98%)manat və 94.854(8.9952%) manat olan 40 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 92.7133 (9.865%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,730,500.00 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 10 fevral 2026-cı il.
Hərrac iştirakçıları 15 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.