BİRJA

13 Fevral

Tələblə bağlı narahatlıq nefti ucuzlaşdırdı

Tələblə bağlı narahatlıqlar fonunda neft qiymətləri ucuzlaşıb.

"Fins.az" xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 74 sent və ya 0,9% ucuzlaşaraq 85,65 ABŞ dolları olub.

WTI markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 73 sent və ya 0,9% azalaraq 78,99 ABŞ dollarına enib.