BİRJA

11 Fevral

Neft qiymətləri 2% bahalaşıb

Rusiyanın neft hasilatını azaldacağını elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri bahalaşıb.

Fins.Az xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 1,89 dollar və ya 2,2% bahalaşaraq 86,39 ABŞ dolları olub.

WTI markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 1,66 dollar və ya 2,1% dəyər qazanaraq 79,72 ABŞ dollarına çatıb.