Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,03 dollar azalaraq 83,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,17 dollar ucuzlaşaraq 78,31 dollar olub.