Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Bakı Fond Birjasından Fins.Az-a verilən məlumata görə, 18 yanvar və 19 yanvar 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2061024702 |
18.01.2023 |
45,000,000 |
10.000 |
4.500 |
15.02.2023 |
84 |
AZ2062024701 |
18.01.2023 |
45,000,000 |
10.000 |
4.500 |
12.04.2023 |
168 |
AZ2063024700 |
19.01.2023 |
15,000,000 |
10.000 |
1.500 |
06.07.2023 |
252 |
AZ2064024709 |
19.01.2023 |
15,000,000 |
10.000 |
1.500 |
28.09.2023 |
Hərracda bir bank tərəfindən 2 rəqabətli sifariş təqdim edilə bilər. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.