Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 83,66 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 78,16 dollar olub.