BİRJA

13 Yanvar

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,64% – 34,189.97 bəndədək, SP 500 indeksi 0,34% – 3,983.17 bəndədək enib, Nasdaq indeksi isə 0,64% – 11,001.11 bəndədək yüksəlib.

Fins.Az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 12-də FTSE 100 indeksi 0,89% – 7,794.04 bəndədək, Almaniyanın DAX indeksi 0,74% – 15,058.30 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,74% - 6,975.68 bəndədək artıb.

Avronun ABŞ dolları qarşısında məzənnəsi 0,14% azalaraq 1,0838 dollar təşkil edib.