BİRJA

12 Yanvar

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi - 12.01.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

12 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2059024706 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9601.2400 (8.9%) manat və 9655.3056 (7.65%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,190,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9622.7869 (8.4%) manat və orta ölçülmüş qiyməti  9633.2688 (8.16%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 29.06.2023-cü ildir.