Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,48% artaraq, 1 888 ABŞ dollarına bərabər olub.
Fins.Az-ın məlumatına görə, bu barədə APA birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 1,17% artaraq, 23,76 dollar təşkil edib.