Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Fins.Az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar artaraq 82,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 77,54 dollar olub.
©AZƏRTAC