BİRJA

09 Yanvar

Ötən il Bakı Fond Birjasının dövriyyəsi 2% azalıb

Ötən il Bakı Fond Birjasında (BFB) keçirilən əməliyyatların ümumi həcmi 14 mlrd.947 mln. 984,521 min manat təşkil edib.

"APA-Economics" BFB-yə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə bu, 2% azdır. Bildirilib ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunub.

Həmçinin, ötən ilə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınıb. 2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,193,278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 4% azalma müşahidə olunmuşdur. 2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olub.