8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 6,800,000 (altı milyon səkkiz yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
29-30 dekabr 2022-ci il tarixlərində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Ticarət forması |
Q/k-ın Ticarətə buraxılma və bitmə tarixi |
Anderrayter
|
AZ1003002024 |
Adi adlı sənədsiz səhm |
2,500,000 (ədəd) |
2.72 manat |
Abunə yazılışı |
29.12.2022-30.12.2022 |
“Unicapital İnvestisiya Şirkəti” ASC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.