BİRJA

27 Dekabr

“CPM İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 2 dəfə artdı

23 dekabr 2022-ci il tarixində ticarətə buraxılan “CPM İnvestisiya Şirkəti” ASC-nin AZ1001023204 dövlət qeydiyyat nömrəli, 400 min manat həcmində, faizli təmin edilməmiş adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə  1 investor tərəfindən 1 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 400 min manat təşkil edib.

Səhmlərin yerləşdirilməsi nəticəsində “CPM İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 dəfə artaraq 800 min manata çatıb.

Yerləşdirməyədək “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 100% payla səhmdarı Məmmədova Kəmalə Qələndər qızı idi.