BİRJA

27 Dekabr

Dövlət şirkəti 100 milyon dollarlıq istiqraz buraxır - ŞƏRTLƏR

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) "Bakı Fond Birjası" QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.