ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının nəticələri açıqlandıqdan sonra qızılın qiyməti düşüb.
Fins.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,93 % və ya 16,95 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1801,75 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 3,17 % düşərək 1 unsiyası 23,372 ABŞ dolları təşkil edib.
Dekabr iclasında FED baza faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb, həmçinin 2023-cü ilin sonuna kimi baza dərəcəsini ən azı 4,75-5% səviyyəsində olacağını proqnozlaşdırıb.
FED rəhbəri Cerom Pauel mətbuat konfransında bildirib ki, Ehtiyatlar Sistemi inflyasiyanın azalması sabit və dayanıqlı vəziyyətə gələnədək baza faiz dərəcəsini yüksək səviyyədə saxlamağı məqsədəuyğun hesab edir.
Yüksək baza dərəcəsi ilə bağlı gözləntilər dollar üçün əlverişli, qızıl üçün isə mənfi hal hesab olunur, belə ki, bu, onun başqa valyutalarda alış üçün əlçatanlığını azaldır.