BİRJA

15 Dekabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,42% – 33,966.35 bəndədək, SP 500 indeksi 0,61% – 3,995.32 bəndədək, Nasdaq indeksi isə 0,76% – 11,170.89 bəndədək enib.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında dekabrın 14-də FTSE 100 indeksi 0,09% – 7,495.93 bəndədək, Almaniyanın DAX indeksi 0,26% –14,460.2 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,21% - 6730.79 bəndədək azalıb.

Avronun dəyəri isə ABŞ dolları qarşısında 0,33% azalaraq, 1.0647 dollar təşkil edib.