BİRJA

14 Noyabr

“Capital Partners İnvestisiya Şirkəti” QSC Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib

“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 11 noyabr
2022-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edilib.
"Fins.az" xəbər verir ki,beləliklə, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı onbirə yüksəlmiş oldu.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verilib.

Məlumat üçün qeyd edək ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir. Şirkətin nizamnamə kapitalı 400 min manata çatdırılıb. Şirkətin direktoru isə İkram Səfərəliyevdir.