BİRJA

14 Noyabr

Kriptovalyutalar rekord həddə ucuzaşdı

Həftə sonu kriptovalyutalarda müşahidə edilən eniş sürəti yeni həftənin ilk günündə də davam edib.Bitcoin yenidən 16 min dollardan aşağı düşüb.

FTX-nin kriptovalyuta bazarında yaratdığı zəlzələnin artçı sarsıntıları davam edir.

Bazarda ən yüksək əməliyyat həcminə malik aktiv olan bitkoin yenidən 16 min dolların altına düşüb. Ethereum 1170 dollar səviyyəsinə qədər geriləyib.

Bazarı silkələyən FTX hadisəsindəki inkişaflar bazara da təsir edir. Nəhayət, FTX-nin istefa verən baş direktoru Sam Bankman-Fried-in Baham adalarında sorğu-sual edildiyi xəbəri yayılıb.

Kriptovalyuta ticarət platforması FTX Group cümə günü ABŞ-da iflas üçün müraciət etdiyini və CEO Sam Bankman-Fried-in vəzifəsindən getdiyini açıqlayıb

Keçən həftə FTX-nin likvidlik problemi yaşadığı və iflas ərəfəsində olduğu anlaşıldıqdan sonra kriptovalyutalarda geniş satış dalğası yaşanıb. 

ABŞ-ın kapital bazarları şurası, SEC, müştərilərin aktivlərinin mənimsənilib-mənimsənilmədiyini müəyyən etmək üçün Bankman-Fried-ə qarşı araşdırma başlayıb.