"Mərkəzi Bank müvafiq dövlət qurumları ilə səhm bazarının inkişafı üzrə stimullaşdırıcı vergi rejimini müzakirə edir".
Fins.az xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
"Səhmdar cəmiyyətlərinə vergi güzəştlərinin verilməsilə bağlı layihə müzakirə edilir. Bu layihə ilə biz səhm bazarında inkişaf görmək istəyirik", - qurumin rəsmisi bildirib