Qeyri maliyyə sektorundan olan emitentlərin emissiyaları planlaşdırılır.
"Fins.az" xəbər verir ki, bunu bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində ABB İnvest" investisiya şirkətinin rəhbəri Nadir Babazadə deyib.
Burada kifayət qədər böyük məbləğlərdən söhbət gedir. Həmin prospektlər təstiq edilmədiyi halda biz emitentin adını açıqlaya bilmirik. Həcm olaraq 50 milyon manat ətrafında 3 emitent növbəti ildə qeyri-maliyyə sektorundan olan şirkətlərin istiqaralarının emmissiyası planlaşdırılır.
Müəllif:Aynur Qəniyeva