4noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2010020603 dövlət qeydiyyat nömrəli, 1,5 miylon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,5 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1,5 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.
İstiqrazların ödəmə tarixi 04.11.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.