Türkiyənin diplomatik cəhdlərindən sonra Rusiyanın taxıl sazişinə qayıtması ilə kəskin bahalaşan buğda qiymətləri sürətlə geri çəkilib.
"Fins.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov, Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı və Türkiyənin dəstəyi sayəsində taxıl müqaviləsi ilə bağlı Ukraynadan lazımi yazılı zəmanət aldıqlarını qeyd edərək, “Rusiya təminat aldığı üçün taxıl sazişində iştirakını davam etdirəcək” deyib.
Rusiyanın taxıl sazişində iştirakını dayandırdığını açıqladıqdan sonra Çikaqo Ticarət Birjasında bazar ertəsi 6,4%, çərşənbə axşamı isə 2,3% artaraq 9 dolların üzərinə çıxan buğda fyuçers müqavilələrinin qiyməti 8%-dən çox geriləyib.
Çikaqo əmtəə birjasında satılan qarğıdalının qiyməti 2,1 faiz, soyanın qiyməti isə 0,7 faiz ucuzlaşıb.