BİRJA

02 Noyabr

Amazon-nun səhmləri rekord həddə ucuzlaşdı

Amazon səhmləri günü 5 %-dən çox enişlə bağlayıb,şirkətin dəyəri isə 2020-ci ildən bəri ilk dəfə 1 trilyon dollardan aşağı düşüb.

Amazon səhmləri enməyə  davam edir.

Şirkətin səhmləri günü 5,5 faiz enişlə tamamlayıb və eniş silsiləsi 5-ci günə çatıb. Bu eniş seriyasının sonunda Amazon şirkətinin ümumi dəyəri 987 milyard dollara düşüb. Beləliklə, şirkətin dəyəri 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq 1 trilyon dollardan aşağı düşüb.

2021-ci ilin noyabrında şirkətin dəyəri 1,9 trilyon dollara çatmışdı.

Şirkətin səhmləri bu il 42% dəyər itirib. Nasdaq indeksi 31 faiz ucuzlaşıb.