BİRJA

01 Noyabr

"Embafinans" istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlandı

4 noyabr 2022-ci il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. 

Birjanın yaydığı məlumata görə, 27 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin ümumi dəyəri 1 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.