ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 1,2% və ya 1,11 dollar artaraq, 1 barelə görə 93,92 dollar təşkil edib.
“Fins.az ” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,09% və ya 0,94 dollar artaraq 87,47 dollara yüksəlib.