BİRJA

31 Oktyabr

Razılaşmanın dayandırılması buğdanın qiymətini bahalaşdırır

Rusiya Qara dəniz sazişini dayandırdığını elan etdikdən sonra Çikaqo əmtəə birjasında buğda müqavilələrinin qiyməti 5%-dən çox artaraq 8,7 dollar olub.
"Fins.az" xəbər verir ki, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxması qlobal tədarüklə bağlı narahatlıqları artırdığı üçün Çikaqo Ticarət Birjasında (CBOT) buğda fyuçersləri 5,4% artaraq 8,7 dollara çatıb.

Buğdanın qiyməti səhər saatlarında artaraq 8,9 dollara qalxdı və oktyabrın 14-dən bu yana ən yüksək səviyyəsinə qalxdıqdan  sonra 09,25-də 8,7 dollarda stabilləşib.

Qarğıdalı qiymətləri 2,2 faiz artaraq 6,96 dollar/buşelə, soya isə 3% bahalaşıb.