Avropa İttifaqı (Aİ) Komissiyası Avropa təbii qaz birjalarında fövqəladə hallarda qiymətlərin məhdudlaşdırılması mexanizminin yaradılmasını təklif edib.
AB Komissiyasının sədri Ursula Fon der Leyen, Avropadakı enerji böhranı üçün hazırladıqları yeni tədbirlərdən ibarət paketlə bağlı Strasburqda mətbuata açıqlama verib.
AB ölkələrinin enerji böhranına qarşı birlikdə hərəkət etməsi lazım olduğunu deyən Von der Leyen, "Bu təkliflə birgə qaz alışını bu gün hərəkətə gətiririk",-deyə qeyd edib.
Von der Leyen qeyd edib ki, üzv dövlətlər və enerji şirkətləri bir-birindən daha çox təklif verməkdənsə, birgə qaz almalıdırlar.
Birgə satınalmanın məcburi elementlər olacağını açıqlayan Von der Leyen, təbii qaz anbarlarını doldurmaq üçün tələb olunan məbləğin 15%-nin ortaq satınalma ilə məcburi olacağını ifadə edib.
Müəllif: Aynur Qəniyeva