BİRJA

12 Oktyabr

BFB-də Asiya İnkişaf Bankı və PwC ilə görüş keçirilib

Bu gün Bakı Fond Birjası (BFB), Asiya İnkişaf Bankı və PwC Azərbaycan arasında görüş keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Məlumata görə, görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.