ABŞ-ın çip istehsalı ilə bağlı elan etdiyi yeni tədbirlərin təsiri ilə TSMC şirkətinin səhmləri rekord həddə 8,3% azalıb.
"Fins.az" xəbər verir ki, ABŞ-ın çip tədbirləri dünyanın ən böyük çip istehsalçılarından biri olan TSMC-nin səhmlərinə böyük zərbə vurub.
Şirkətin səhmləri 1994-cü ildə IPO-dan sonra ən çox 8,3% ucuzlaşıb.
ABŞ Ticarət Departamenti keçən həftə bildirib ki, yeni ixrac nəzarəti Çinin qabaqcıl hesablama çipləri əldə etmək, superkompüterlər hazırlamaq və onlara qulluq etmək və qabaqcıl yarımkeçiricilər istehsal etmək imkanlarını məhdudlaşdıracaq.
Açıqlamada, sözügedən məhsul və imkanların Çin tərəfindən kütləvi qırğın silahları da daxil olmaqla qabaqcıl hərbi sistemlərin istehsalı üçün istifadə edildiyi bildirilib.
Açıqlamaya görə, bəzi qabaqcıl və yüksək performanslı hesablama çipləri və bu cür çipləri ehtiva edən kompüter məhsullarının Ticarət Yoxlama Siyahısına əlavə edildiyi bildirilib və bu məhsulları Çinə ixrac etmək istəyən şirkətlərin lisenziya alması lazım olduğu qeyd edilib.
Müəllif: Aynur Qəniyeva