Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 29 iyun tarixindən bəri ilk dəfə olaraq 1 500 ABŞ dollarından aşağı enib.
"Fins.az” xəbər verir ki, 10 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 489 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.