BİRJA

07 Oktyabr

Kriptovalyuta bazarını sarsıdan fırıldaq

Binance-in BNB Smart Chain-dəki boşluqdan istifadə edən haker 568 milyon dollarlıq saxtakarlığa imza atıb.
"Fins.az" xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası ticarət platforması olan Binance-ə məxsus BSC (BNB Smart Chain) hücumdan sonra təxminən 7 saat yarım müddətində dondurulub.

İlkin təsbitlərə görə, haker təxminən 568 milyon dollar dəyərində olan 2 milyon BNB-ni sızdırmağa cəhd edib, lakin vəziyyətin üzə çıxması və BSC-nin dondurulması nəticəsində onun yalnız 70-80 milyon dollar dəyərində vəsaitini uğurla sızdıra bilib.

Daha sonra sızan məbləğ 100-110 milyon dollara qədər yeniləndi.Binance-in qurucusu və CEO-su Changpeng Zhao-nun verdiyi açıqlamada bu məbləğ itirilən BNB-nin dörddə birinə bərabərdir. Vəziyyəti dərk edən Binance bütün validatorlardan BSC-ni dayandırmağı xahiş etdi və problemin mənbəyi araşdırılmağa başladı.

Binance validatorlara sürətli və qətiyyətli davranışlarına görə təşəkkür etdi. Bundan əlavə, Binance sızan BNB-nin 7 milyon dollarını dondura bildiyini açıqlayıb.