BİRJA

07 Oktyabr

Brent neftin qiyməti rekord həddə bahalaşdı

Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin dekabrında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti, sentyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 95 dollara yüksəlib.

"Fins.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 14:10-a olan məlumata görə, Brent markalı neftin qiyməti 0,8% artaraq 95,22 dollar/barelə çatıb.

Eyni zamanda, 2022-ci ilin noyabrında tədarük edilən WTI markalı xam neftin fyuçersləri 0,75% bahalaşaraq bir barel üçün 89,20 dollar təşkil edib.