BİRJA

06 Oktyabr

Maliyyə Nazirliyi 50 milyon manat borc alır

11 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 50 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjadan "Fins.az-"a daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. 

İstiqrazların buraxılış parametrləri:

Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0106028944

Emissiya həcmi: 50 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 1092  gün

Faiz ödənişləri: 11 aprel 2023-cü il, 10 oktyabr 2023-cü il,  9 aprel 2024-cü il,   8 oktyabr 2024-cü il,  8 aprel 2025-ci il,  7 oktyabr 2025-ci il

Faiz gəliri: 5 %

Ödəmə tarixi:07.10.2025

Anderrayter: “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.