BİRJA

06 Oktyabr

Sink və mis rekord həddə bahalaşdı

Mis və sink London Metal Birjasının (LME) Rusiyanın Ural Mining Metallurgical və onun törəmə şirkətinin yeni mis və sinkin tədarükünü qadağan edən qərarından sonra bahalaşıb.

"Fins.az" xəbər verir ki, London Metal Birjası Rusiya şirkətinə LME anbarlarına yeni mis və sinkin çatdırılmasını qadağan edib.

Bu addım LME-nin Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq etdiyi ən açıq sanksiya idi. Bu addım qlobal iqtisadiyyatın yavaşlaması və Çindəki pandemiya məhdudiyyətlərinin tikinti sənayesini vurması nəticəsində bu il düşmüş sənaye metallarını dəstəkləyib.

Aprelin zirvəsindən bəri sink təxminən 30 faiz, mis mart ayından isə 27% azalıb.

London Metal Birjasında sink 4,9% bahalaşaraq ton başına 3124 dollara, mis 1,3%, alüminium isə 0,7% bahalaşıb. Qurğuşun qiymətləri 2,4% artıb. Çin birjaları bu gün tətil üçün bağlanıb.

Metal sənayesi mühüm alüminium, nikel və mis istehsalçısı olan Rusiyanı təchiz etməkdə çətinlik çəkir. Bəzi avropalı alıcılar Rusiya mallarından uzaq durmağa çalışırlar.

Müəllif:Aynur Qəniyeva