Bu il yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də bağlanmış əqdlərin sayı isə 25,5 % azalaraq 6 207 olub.
"Fins.az" xəbər verir ki, Birjanın dövriyyəsinin 53,7 %-i, yaxud 4 908,121 milyon manatı dövlət qiymətli kağızları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə eyni seqment üzrə dövriyyə ilə müqayisədə 20,9 % azdır.
Qeyd edək ki,bu il yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 146,107 milyon manat təşkil edib.
Müəllif:Aynur Qəniyeva