BİRJA

03 Oktyabr

BFB ilk dəfə olaraq Dünya Birjaları Federasiyasının (WFE)  Maltada baş tutmuş illik görüş və ümumi yığıncağında iştirak edib

Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev 27-29 sentyabr 2022-ci il tarixlərində Maltada Dünya Birjaları Federasiyasının (WFE) və Malta Fond Birjasının təşkilatçılığı nəticəsində üzv olan birjaların iştirakı ilə illik görüşdə, eləcə də ümumi yığıncaqda iştirak edib.

Tədbir çərçivəsində Dünya Birjaları Federasiyasına (WFE) üzv birjalarının gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, illik büdcə və üzvlük qaydaları haqqında geniş müzakirə olunub.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci il tarixindən Dünya Birjaları Federasiyasının (WFE)   üzvüdür.