CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 91,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 90,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,88 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 88,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.