BİRJA

22 İyul

Unibank 11,9 milyon manatlıq səhm buraxır

21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Fins.az" birjanın yaydığı məlumataistinadən xəbər verir ki, , 2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcək. 

Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaqdır.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Adi adlı  sənədsiz səhmlərin sayı 4,375,000 ədəd, hər birinin nominal dəyəri 2.72 manatdır. 

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Səhmlər yerləşdirildikdən sonra Unibankın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcəkdir.