BİRJA

22 İyul

“Tesla” bitkoinlərini satdı

“Tesla” şirkəti sahib olduğu “bitcoin”lərin 75%-ni satıb.

Əməliyyat kriptovalyutanın dəyərində qısa müddətli ucuzlaşmaya səbəb olub.

“Bitcoin” 0,5% dəyər itirsə də, yenidən yüksəlişə keçib.

Avtoistehsalçının öz “bitcoin”lərini 936 milyon dollara satdığı bildirilib.

Qeyd edək ki, 2021-ci ilin sonunda bu aktivlər 2 milyard dollar dəyərində qiymətləndirildi.

Xatırladaq ki, ötən ilin birinci rübündə “Tesla” kriptovalyutanı 1,5 milyard dollara alıb.

Mənbə: Unian.net