Neftin qiymətinin 80 dolları keçməsi enerji sektoruna aid şirkətlərin səhmlərinə birbaşa təsir göstərib. 2021-ci ilin əvvəlindən etibarən enerji sektorunda fəaliyyət göstərən böyük şirkətlərin səhmlərinin qiyməti sürətlə artır.
Sektorun ən böyük şirkəti EXXON (XOM) 2021-ci il ərzində artıq 50%-ə yaxın artıb. İlin əvvəlində 41 dollara ticarət olunan səhmin qiyməti hazırda 60 dollara yaxın məbləğdə ticarət olunur.
Neft sektorunun kapitallaşmaya görə 2-ci ən böyük şirkəti CHEVRON (CVX) isə yenidən 100 dollar səviyyəsini keçib, bu da ilin əvvəlindən indiyə qədər olan müddətdə 25% artımın göstəricisidir.
Azərbaycan investorlarına neft sektoru digər sektorlara nisbətdə daha maraqlı və yaxındır. İnvestorlar əsasən ölkəmizin enerji sektorunda fəaliyyət göstərən üç böyük şirkətin: BP PLC (BP), HALLİBURTON (HAL) və SCHLUMBERGER (SLB) səhmlərinə yatırım edirlər. Bu səhmlərin qiyməti təxminən 30%-ə yaxın artıb:
BP PLC (BP) şirkətinin səhmləri 2021-ci il ərzində 21 dollardan 27 dollara qədər yüksəlib.
SCHLUMBERGER (SLB) səhmləri 21 dollardan 30 dollara qədər yüksəlib.
HALLIBURTON (HAL) səhmləri 18 dollardan 22 dollara qədər bahalaşıb.
Eyni zamanda hər üç şirkət bütün səhmdarlarına sabit şəkildə hər kvartal dividend ödənişi həyata keçirir.
Bu və digər səhmləri almaq üçün "AzFinance" İnvestisiya Şirkəti ilə əlaqə saxlayın
Əlaqə tel: (+994 12) 310 33 30