BİRJA

22 Sentyabr

Evergrande böhranının birjalara təsiri-Vüsal Məmmədovdan vacib AÇIQLAMA

İnanmırıq ki, bir şirkətin müflisləşməsi bu vəziyyətə gətirib çıxarsın

Bunu Freedom Finance Azerbaijan-ın direktoru Vüsal Məmmədov Fins.az-a açıqlamasında deyib. 

O bildirib ki, Evergrande - nin istiqraz böhranı birjalarda müəyyən enişə səbəb olub. SP500 təxminən 2.5% Çin birjaları 3% yaxın və Almaniya birjası təxminən 2.5% eniş nümayiş etdirib. Amma əslində tam olaraq enişlər 2 həftə əvvəldən başlayıb sadəcə indi bir az sürətlənmə gedir. Evergrande istiqarazları nominaldan 28% baha ticarət olunur. Keçən həftədən developer istiqrazlarının sahiblərinə öz tikdiyi ofisləri və evləri endirimlə təklif edir. Bu isə Çinin tikinti sektorunda qorxu yaradıb və qiymətlər təsir göstərir. Blackrock və Pasific İnvestment Management kimi şirkətlər Çinin tikinti sektorundan olan istiqrazalarını artıq satmağa başlayıblar.

Vüsal Məmmədov dünya birjalarında Evergrande böhranının təsirlərinə də toxunaraq "Bununla yanaşı isə metalda dəyər itirməyə başlayıb. Evergrande Dövlət üçün hələ tam təhlükə olmadığı üçün Çin dövləti bu məsələyə müdaxilə etməyi düşünmür. SP reyting agentiliyinin dediyinə əsasən Evergrande hələ Çin iqtisadiyyatında sistem təhlükəsi olduğu halda məsələyə müdaxilə edə bilər. İnanmırıq ki, bir şirkətin müflisləşməsi bu vəziyyətə gətirib çıxarsın. Bu fonda Asiya və ABŞ fond bazarları günə müsbət başlayıb."-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva