BİRJA

15 Sentyabr

Səhm almaq niyə yaxşıdır?

Hər bir investor və investor olmaq istəyən şəxs ilk növbədə suallara düzgün cavab verməlidir. Niyə mən investisiya edirəm və bu maliyyə dünyası necə bir yerdir? Niyə yaranıb və.s. kimi vacib suallara özünün cavab tapması vacibdir. Sonrasında düşdüyü mühitdə özünün məqsədlərini bilməlidir. Maliyyə bazarlarında oyun elementlərindən tutmuş, biznesin tam olaraq ələ keçirilməsi planlarına kimi məqsədi olan insanlara və ya hüquqi şəxslərə rast gəlmək olar. İnvestorların məqsədlərindən asılı olaraq maliyyə bazarlarında fərqli alətlər də görmək olar. Misal üçün səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri, hedcinq instrumentləri, valyuta bazarını göstərmək olar. Klassik investisiyada əsas diqqət səhm bazarlarında yəni fond bazarlarına yönəldilir. 

Bildiyiniz kimi Azərbaycanda nominaldan fərqli olaraq real gəlirlilik əldə etmək çox çətindir. Ölkədə investisiya alətlərinin az olması və gəlirlilik göstəriciləri aşağıdır. İnvestor manatda 6-8% arası depozitlər, istiqrazlarda təxmini o rəqəmlərlə qarşılaşır. Dolların məzənnəsinin artıq uzun müddət eyni səviyyələrdə qalması da eyni nəticələrə gətirib çıxarır. Əlbətdə ki, bu yatırımlara risksiz yatırım kimi baxırlar. Amma dünyada sürətlənən inflyasiya şəraitində investorlar 0% - ə yaxın və bəzi hallarda mənfi gəlirliklə qarşı - qarşıya qalırlar. Gəlirliliyi artırmaq üçünsə risk etmək vacibdir. Klassik nəzəriyyədə çox risk, çox gəlirlilik deməkdir. 

Səhm almaq niyə yaxşıdır? 

Səhmi kapital bazarlarındakı digər alətlərdən fərqləndirən əsas cəhət investora şirkətdə payçı olmaq və səs vermə hüququ verir. Əlavə olaraq mənfəətlə işləyən bir şirkətdən dividend almaq kimi də bir hüququ var. Bundan əlavə səhmin dəyərinin artması halında da yatırımlarının kağız üzərində gəlirliliyi artır. Azərbaycanda səhm bazarı aktiv olmasa da xarici bazarlarda işlər tamam fərqlidir. ABŞ - ın tanınmış indeksi SnP500 indeksinin 50 illik orta gəlirliyinə nəzər salsaq dollarda rəqəmlər 11-12% arası dəyişir. Aşağıda göstərilən histoqramda indeksin hansı aralıqda daha çox gəlirliyə malik olmasına nəzər yetirmək mümükündür.

Düzdür indekslər korreksiya (fərqli səbəblərdən ola bilər - Pandemiya kimi) edə bilərlər amma hər zaman yenidən əvvəlki səviyyələrə qayıdırlar. Niyə? Bunun bir çox fərqli cavabları var amma iqtisadiyyat inkişaf etməli və böyüməlidir kimi sadə cavab vermək olar. 

 

Səhmlərə investisiya edilən zaman ilk növbədə onu nəzərə almaq lazımdır ki, investisiyanın gəlir gətirməsi üçün sizə vaxt lazımdır və bu  əksər hallarda siz düşündüyünüzdən də uzun olur. Bazarlarda bir şirkətin səhmlərinin qiyməti və indeksi isə  iqtisadiyyatın müəyyən zaman aralığında göstərdiyi nəticələri dəyərləndirməyə zaman lazımdır. Misal kimi Teslanın 2017 - 2019 - cu illərdəki vəziyyətinə baxa bilərsiniz. İndiki rəqəmlərdən çox uzaq və az hərəkətlilik. Amma 3 il sonra 10 dəfə daha baha təklif olunur. 

Bununla yanaşıbazar kapitallaşması çox yüksək olan səhmlərə üstünlük verməyiniz sizin kapitalın defolt riskini azaldar amma gözlənilən yüksək gəliri gətirməz. 2 trilyon bazar dəyəri olan bir şirkətin 2 - 3 il ərzində 6 trilyon olması ehtimalı azdır nəyinki 50 milyard dəyəri olan şirkətin 300 milyard olması. Bu zaman isə əlavə risklər ortaya çıxır. Həmən 50 milyardlıq səhmlərdən lazım olanı tapmaq. Səhv edəcəyiniz təqdirdə həm vəsaitiniz zərər görəcək həm də uzun müddətli gözləmə zamanı vaxtınız itəcək. Bu səbəbdən kapitalınızı daha çox professionallara tapşırsanız və ya onlardan məsləhət alsanız daha yaxşı olar. 

Fond bazarlarında yeni başlayan və çox risk etmək istəməyən investorların indekslərəinvestisiya qoymasının düzgün olması qənaətindəyəm. Bunun üçün ETF - lərdən istifadə etməyi məsləhət görərdim. Sadə dillə desək ETF - əvvəlcədən düşünülmüş strategiya əsasında səhmlərin toplusudur. Bir növ səbət. Siz isə o səbəti 1 səhm kimi ala bilmək imkanı əldə edirsinz. Bu səbəbdən indesk yatırımları zamanı ən gözəl seçim ETF - lərdir. Professionalların belə fond bazarlarında aktiv investisiya vasitəsi ilə uzun müddətli periodda indeksi keçmələri çox çətin olur və bu çox az adamın bacaracağı bir şeydir. Nisbət qeyd edilməli olsa bir çox uğurlu Uorren Buffet - ə inanılmaz sayda uğursuz investor düşür. 

İndeksə yatırım digər tərəfdən investora psixoloji olaraq az təzyiq edəcək, uzun müddətli periodlarda stabil olaraq fond bazarlarının gətirdiyi gəlirliliklərdən yararlanmağa imkan verəcək. ABŞ və dünya üzrə digər nəhəng şirkətlərin gəlirliyini öz gəlirinizə çevirə bilərsiniz. Bunun üçün düzgün məsləhət, tələsmədən yatırım etmək və gözləmək bacarığı çox vaxcibdir. 

Müəllif: Tamerlan Bayramlı 

Plato Capital and Co. İnvestisiya şirkətinin Direktor müavini