Son aylarda fond bazarlarında ticarət olunan bir çox böyük şirkətlərin səhmlərinin kotirovkaları Çinin qərarlarından əziyyət çəkir. Bəs səbəb nədir? Sosialist düşüncə və nəzarət. Səbələrdən biri kimi ABŞ və Çin arasındakı gərginliyi və hər iki dövlətin müəyyən etdiyi riskləri də göstərmək olar. Onu da qeyd edək ki, bu gün Çin fond bazarları son 7 ayın ən yaxşı göstəricisini sərgiləyib. Niyə? Çünki iki prezident arasında “açıq və səmimi” telefon danışığı olub.
Bu arada biz bir müddət öncə Çinlə ABŞ arasında mövcud gərginliyin uzun müddət davam etməyəcəyini və KWEB ETF - i vasitəsi ilə Çinə investisiya etməyi məsləhət görmüşdük. Buna baxmayaq Corc Soros The Wall Street jurnalına verdiyi müsahibədə Çinə investisiya yatırmağın yaxşı fikir olmadığını və bununçox riskli olmasını qeyd edib. O əsasən BlackRock şirkətinin 1 milyard yatırımını pisləyib ( biz tək deyilik arxamızda BlackRock var..).
Bəs Çinin iqtisadiyyatı ümumi olaraq necə qurulub və orada səhm almadan necə səhm alırlar?
Özünə xas modeli ilə Çin son bir neçə onillikdə inanılmaz iqtisadi artım və fenomenal inkişaf sərgiləyib. İqtisadçılar Çinin bazar iqtisadiyatı modeli ilə bağlı müzakirələri indi də davam etdirirlər. Burada həm sosialist prinsipləri həm də kapitalizm elementləri mövcuddur. Bu paradoksal kimi görünsədə ölkədə həm sosial zonalar həm də tam olaraq kapitalizm zonaları var. Çin iqtisadiyyatı üç “titan” üzəridə dayanıb və inkişaf edir: dünyada sonuncu komunist ölkəsi formatında qalan Çin əsasən investisiyaların cəlbi, ixrac istiqamətli inkişaf və rekord həddə ucuz işçi qüvvəsi ilə iqtisadiyyatını inkişaf etdirir.
İlk illərdə əsas diqqət keyfiyyətə zərbə endirməklə aşağı maya dəyəri olan məhsullara yönəldilmişdi. Bu sahədə Çin ilə mübarizə aparmaq və rəqabətə girmək demək olar ki, mümkünsüz idi . Məhz bu səbəbdən çox qısa müddətdə Çin məhsulları dünyanı “zəbt etdi”. Zaman keçdikcə bu sahəd vurğu innovativ həllərə dayanan və yeni texnologiyaların gəlməsi ilə keyfiyyətin artırılması ilə nəticələnən dəyişikliyə yönəldildi.
Bir müddət sonra dünyanın məşhur şirkətləri Çində öz filiallarını açaraq keyfiyyətli məshullar istehsal etməyə başladılar. Eyni zamanda Çin aktiv şəkildə istehsalatın artırılması, effektivlik və araşdırma işlərinə yatırım edir. Bu gün Çin, stabil gəlirliyi olan, artan ÜDM - li və zaman keçdikcə korrektirovka etməyi sevən, makro nəzarətdən, dövlət planlamasından və bazar tənzimləməsindən istifadə edən ölkədir.
Çin iqtisadiyyatın xüsusi edən nədir?
Yuxarıda da qeyd etdiyim kimi Çinin iqtisadi modeli bazar iqtisadiyyatı ilə ziddiyyət yaratsa da əsas güc ölkənin inkişafına yönəldilib və əldə etdikləri uğur da tətbiq edilən strategiyalarının düzgün işləməsinə bir sübutdur. Qarışıq hesab olunan iqtisadiyyatdan bir faktı nəzərinizə çatdırmaq istərdim. Ölkədə bütün maliyyə qürumları dövlət tərəfindən idarə olunur və yuan əlınması alqışlansa da dollar alışı əsasən də dolları xaricə çıxarmaq üçün dollar almaq çətindir.
Çin modelinin əsas xüsusiyyətləri aşağıdakılardır.
- İqtisadi sektorlarda dövlət payına görə (60%) birincilik. İlk növbədə yenidən emal, energetika, alkaqol və metallurgiya sektorlarında dövlətin payı çoxdur.
- Dövlət tərəfindən fərdi sahibkarlığın inkişafına dəstək.
- Hakimiyyət tərəfindən sərt kontrol. Hər il vergi revizziyası baş verir və bu qürum bütün şirkətlərin ödənişlərinə nəzəraət edir, qiymətləri tənzimləyir və.s. kimi sərt kontroldan istifadə edir.
- Eksporta yönəlik iqtisadi model. Əsas istiqamətləri: tekstil və hazır geyimlər, plastik, elektronika, kömür və qidadır.
- Dayanmadan artan daxili bazar və daxili istehlak.
- Açıq iqtisadi model.
Hazırda innovasiyalara açıq və inkişafdan geri qalmaq istəməyən Çin ABŞ kapitalının ölkəyə daxil olmasını xoş qarşılasa da, nəzarəti daha çox sevir və texnologiyalar sahəsində olan rahatlığı azaldaraq yenidən özünə tabe etmək istəyir. Məhz bu qərarların sonunda ABŞ prezidenti ilə Çin prezidentləri arasında telefon danışığı olub. Nəzərə alsaq ki, ABŞ kapitalı və şirkətlərinin orada planları və riskləri böyükdür Çinin bu sahədə istədiyini ala biləcəyini proqnozlaşdırmaq olar. Buna baxmayaraq biznes üzərində uzun müddət sərt nəzarəti Çinin özü üçün də faydalı deyil. Burada ehtiyyatlı olmaq lazımdır ki, nəzarət əks mübarizəyə çevrilməsin. Əhalisi çox olan Çinin digər ölkələrdən fərqli olaraq tamamilə başqa riskləri var.
Yatırım etməyə dəyərmi?
Çin fond bazarında hazırda nadir olan hadisələrdən biri baş verir. Səhm və indekslər maksimumlardan aşağıı ticarət olunurlar. Çinə yatırım zamanı əsas fikir - Çinin nəzarəti azaldacağı və şirkətlərin gəlirlərinin artmasına yardım etməsi faktı olacaq. Bu riskli görsənsə də (Soros az da olsa doğru mövqedə ola bilər) 1-3 il müddətində kapital qoyuluşu cəlb edici görünür. Əlbətdə hər kəs özü qərar verir və risk/gəlir gözləntilərini özü müyyən edir. Misal üçün Alibaba şirkətinin səhmləri (onlar həm də ABŞ da kotirovka olunurlar NYSE: BABA) ilin əvvəlindən -28.11% geriləyib və fevral maksimumlarından -46% aşağı təklif olunur. İki mərhələli yatırım etmək mümkündür. İstər ETF istərsə də fərqli bir səhm olsun kapitalın bir hissəsini indi, digərlərini isə yaxın aylarda dövlət/biznes münasibətlərində gərginləşmə olarsa enən kotirovkalarda digər hissəsini istifadə etməklə.
P.s Donald Trampın uzun müddətli ticarət müharibəsi planı özü olmadan alınmadı əlbətdə amma Tramp Çinin gücünün qaynağını bilirdi və Çin dövlətinin bəzi məsələlərə gözünün açılmasında istəmədən yardımçı oldu. Co Bayden danışıqlar zamanı aradakı gərginliyi azaltmaq üçün təkliflər etsə də Çin tərəfi siyasətdə dəyişikliyin olmayacığını bildirib.
Müəllif: Tamerlan Bayramlı
Plato Capital and Co. İnvestisiya şirkətinin Direktor müavini