BİRJA

07 İyul

Neft gecə rekord həddə UCUZLAŞDI

Neft qiymətləri OPEC ölkələrinin və ABŞ-ın istehsalı artırmağa hazır olduqları barədə xəbərlər fonunda kəskin düşüb.

Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:48-də Brent nefti 3,2% ucuzlaşma ilə 74,60 dollardan ticarət olunub.

Dünən Brent neftinin qiyməti 78 dollara yaxınlaşmışdı.

Eyni zamanda, neft, ABŞ iqtisadiyyatına dair məlumatlara görə də ucuzlaşır. Bu gün açıqlanan məlumatlar dünyanın ən böyük iqtisadiyyatının yavaşladığını göstərib.