BİRJA

07 Yanvar

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib. İclasın qərarına əsasən Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Fins.az-ın  məlumatına görə, bu barədə MDM-in açıqlamasında deyilir.

Məlumata görə,  "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq MDM-in Müşahidə Şurasının tərkibi 5 nəfər olmaqla 2 nəfər Mərkəzi Bankın nümayəndəsi, 2 nəfər Mərkəzi Depozitarın üzvü və 1 müstəqil üzvdən ibarət olmalıdır. Qanuna müvafiq olaraq Mərkəzi Bankın nümayəndələri qismində bankın Baş direktoru Əli Əhmədov – Müşahidə Şurasının sədri, Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin direktor müavini, Kapital bazarına nəzarət şöbəsinin rəisi  Samir İsmayılov – Müşahidə Şurası sədrinin müavini, Mərkəzi Depozitarın üzvləri qismində isə "Paşa Kapital" investisiya şirkətinin daxili nəzarət üzrə məsul şəxsi Məmmədov Elçin və ABB investisiya şirkətinin icraçı direktoru Babazadə Nadir MDM-in Müşahidə Şurasına üzv olaraq seçiliblər.