Bakı; 6 Yanvar Fins.az
Çin şirkətlərinin fond bazarından çıxarılması ilə bağlı müzakirələr davam edərkən, Çin şirkətlərinin ABŞ bazarındakı ümumi dəyəri 15 ildə 20 dəfədən çox artıb.
Fins.az xəbər verir ki, Çin şirkətlərinin Birjadan çıxarılması dekabr ayından bəri ABŞ gündəminin vacib bir hissəsidir.
New York Fond Birjası əvvəlcə şirkətləri səhm bazarından çıxaracağını bildirsə də, sonradan imtina etdiklərini söylədi. ABŞ Maliyyə Naziri Steven Mnuchin çərşənbə günü NYSE-nin Çin şirkətlərini fond bazarından çıxarmaması ilə razılaşmadığını bildirib.
ABŞ Çinin ən böyük maliyyə ortağı olduğu halda, Çin ABŞ üçün kiçik ortaqdır.
ABŞ-ın Çinə məxsus 1 trilyon dollarlıq istiqrazları ümumi xarici mövqelərin yüzdə 15-ini təşkil edir. Çinin maliyyə açıqlığına yönəlmiş siyasətləri ABŞ maliyyə qurumlarına da bir fürsət təqdim edir.
Müəllif: Aynur Qəniyeva