Bakı, 5 Yanvar Fins.az
5 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106001883 ISIN-li, 25 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 91.4411 (10.9224%) və 100.0000 (7.5000%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti 97.9276 (8.2944%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,464,400.00 manat yerləşdirilmiş həcmi isə 37,500,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 2 yanvar 2024-cü il.
Hərrac iştirakçıları 6 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.