BİRJA

30 Dekabr

Azərbaycan nefti yenidən bahalaşıb

Bakı 30 dekabr Fins.az

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları və yaxud 0,45 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,2 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.