Bitkoin bazar günü tarixi maksimumunu yenilədikdən sonra bazar ertəsi bir qədər dəyərsizləşib və onunla 27 min ABŞ dolları səviyyəsində ticarət edilir.
20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 1,1% ucuzlaşaraq 27 115 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 1,91% dəyər itirərək 27 109 ABŞ dollarına düşüb.